Modern.az xəbər verir ki, “Qanun” nəşriyyatı Ömər Xəyyamın “Rübailər” ni çap edib. Ömər Xəyyam Şərq ədəbiyyatında rübai ustadı kimi məşhurdur. Onun dərin, hikmətli, fəlsəfi məzmunlu kamil sənət inciləri əsrlər boyu əksər dünya xalqlarının dillərində sevilə-sevilə oxunmaqdadır. Elə Azərbaycan oxucusu da şairə biganə deyil. 104 səhifə olan kitabı farscadan Əkrəm Cəfər tərcümə edib. Elmi redaktorluğunu isə Məmmədağa Sultanov üzərinə götürüb.
Misranə Həsənzadə