Modern.az

Bakcell “İlin mobil operatoru” oldu - FOTO

Bakcell “İlin mobil operatoru” oldu - FOTO

Təhsil

28 Mart 2014, 17:26

Modern.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun təsis etdiyi  “Caspian Energy Integration Award - 2014” mükafatını alıb.

“İlin Mobil Operatoru” nominasiyasında qalib olan Bakcell şirkəti artıq üçüncü dəfədir ki, bu mükafata layiq görülür. Qeyd edək ki, Beynəlxalq “Caspian Energy Integration Award” mükafatı dünyanın 50 ölkəsində internet vasitəsilə keçirilmiş sorğunun nəticələrinə əsasən son bir ildə Xəzər dənizi-Qara dəniz və Baltik regionlarında qazanılmış nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət şirkətlərinin və özəl şirkətlərin rəhbərlərinə təqdim edilir.

Təqdimetmə mərasimində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və başqaları iştirak edib.

 

    Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı