Modern.az

“NİDA”çılar yenidən məhkəməyə gətiriliblər

“NİDA”çılar yenidən məhkəməyə gətiriliblər

Təhsil

22 May 2014, 16:16

“NİDA” Vətəndaş Hərəkatının həbsdəki üzvləri Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriliblər. Bu barədə Modern.az-a “NİDA”çı gənclərin vəkili Xalid Bağırov məlumat verib. O, bildirib ki,  hərəkat üzvləri məhkəmə protokolları ilə tanışlıq məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriliblər:

“Onlar protokollarla tanış olandan sonra yenidən istintaq təcridxanasına aparılacaqlar”.

Qeyd edək ki, “NİDA” vətəndaş hərəkatının həbs olunmuş üzvləri barəsində hökm elan edilib. Həmin hökmə görə, Şahin Novruzlu 6 il, Məhəmməd Əzizov və Rəşad Həsənov hər biri 7 il 6 ay, Bəxtiyar Quliyev və Üzeyir Məmmədli hər biri  7 il,

Rəşadət Axundov, İlkin Rüstəmzadə və Zaur Qurbanlı hərəsi 8 il azadlıqdan məhrum olunublar.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!