Modern.az

Ərdoğandan İsrailə 4 şərt

Ərdoğandan İsrailə 4 şərt

Təhsil

28 İyun 2010, 10:19

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərin normallaşması üçün 4 şərtə əməl olunması vacibliyini rəsmi Təl-Əvivə çatdırıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Torontoda Star qəzetinə verdiyi müsahibədə bildirib. “İsrail 4 şərtə əməl etməzsə, əlaqələr normallaşmaz”,-deyə Ərdoğan bildirib.

 

Ərdoğan qeyd edib ki, İsrail ilə münasibətlərdəki gərginlik Təl-Əviv rəhbərliyinin öz məsuliyyətini yerinə yetirəcəyi vaxta qədər davam edəcək.  Ərdoğan İsrail hökumətinin Ankara qarşısında əməl edəcəyi 4 şərti sadalayıb. Ərdoğana görə, İsrail Ankaradan üzr istəməlidir. Qəzzaya humanitar yardım daşıyan gəmidə həlak olanların ailələrinə təzminat ödəməlidir. İsrail baş vermiş hadisənin araşdırılması üçün beynəlxalq komissiyanı qəbul edəcək. 4-cü şərt isə ondan ibarətdir ki, İsrail Qəzzanın blokadasına son qoymalıdır.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir