Modern.az

Daha bir erməni yalanı - Kəlbəcərdə 17 yaşlı yeniyetmənin meyitini tapdılar

Daha bir erməni yalanı - Kəlbəcərdə 17 yaşlı yeniyetmənin meyitini tapdılar

Dünya

16 İyul 2014, 01:03

Erməni mətbuatı Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda itkin düşmüş 17 yaşlı yeniyetmə Smbat Tsakalyanın meyitinin tapıldığı barədə xəbər yayıblar.

Modern.az saytı erməni mediasına istinadən xəbər verir ki, Smbat Tsakalyanın meyiti Kəlbəcərdəki qəbiristanlıqlardan birində aşkar olunub.

O, 10 iyulda yoxa çıxmışdı. Erməni tərəfi bir neçə gün öncə 17 yaşlı Smbat Tsakalyanın itkin düşməsində Kəlbəcərdə girov götürülən azərbaycanlı mülki şəxslərlə əlaqələndirmişdilər.

Amma iyulun 15-də yaydıqları məlumatda hadisənin səbəbinin bilinmədiyini bəyan ediblər.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək