Modern.az

DYP rəsmisi: “Sürücüdən qanunsuz haqq alınırsa, şikayət etsin”

DYP rəsmisi: “Sürücüdən qanunsuz haqq alınırsa, şikayət etsin”

Təhsil

2 Sentyabr 2014, 12:07


“Qanuna əsasən nağd pul nə cərimə kimi, nə də vergi kimi heç bir yerdə götürülə bilməz. Hər hansı bir sürücü cərimə olunursa, o nağd şəkildə postda quraşdırılan xüsusi bank köşklərinə və yaxud da plastik kart vasitəsi ilə ödəniş edə bilər”.

Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. DYP rəsmisi magistral yollarda olan stasionar polis postlarının əməkdaşlarının yük avtomobillərinin sürücülərindən, hər postda 5 manat pul aldığına dair iddialara belə şərh verib:

“Gecələr yol polis əməkdaşlarının, gündüzlər isə mülki geyimli şəxslərin sürücülərdən pul qoparması haqda iddialar doğrudursa, zərərçəkmiş qismində olan sürücü rəsmi şikayət verməlidir. Şikayəti yol polisinin elektron poçtuna, 902 qaynar xəttinə və ya sadə poçtla, yəni məktub vasitəsi ilə də edə bilər. Onlar arxayın olsun, etiraz doğuracaq istənilən hal ciddi araşdırılacaq”.

Rüfanə GÜNƏŞ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək