Modern.az

Polşa prezidenti Putini Hitlerə bənzətdi

Polşa prezidenti Putini Hitlerə bənzətdi

Təhsil

2 Sentyabr 2014, 13:56


Polşa prezidenti Bronislav Komorovski rusiyalı həmkarı Vladimir Putini Hitlerə bənzədib.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Polşa rəhbəri  ikinci dünya müharibəsinin başlanmasının 75 illiyi ilə bağlı etdiyi çıxışda Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini Hitlerin siyasəti ilə müqayisə edib.

O, Qərb liderlərini keçmişin səhvlərini təkrarlamamağa da çağırıb. Bronislav Komorovski Qərb ölkələrini Putinin imperiya ambisiyaları haqqında xəbərdar edib.  

Qeyd edək ki, bundan öncə də Kreml rəhbəri Vladimir Putini  Litva prezidenti Dalya Qribauskayte, Britaniya şahzadəsi Çarlz, Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Hitlərə oxşadıblar.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir