Modern.az

Prezident Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayırdı

Prezident Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayırdı

Təhsil

2 Sentyabr 2014, 20:44


Prezident İlham Əliyev  Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az saytının xəbərinə görə sərəncamda deyilir:

“1. 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi