Modern.az

"Bakı" bütün Azərbaycan futbolsevərlərdən üzr istədi

"Bakı" bütün Azərbaycan futbolsevərlərdən üzr istədi

Təhsil

22 İyul 2010, 18:59

Modern.az-ın məlumatına görə, 22 iyul 2010-cu il tarixdə UEFA-nın İntizam Komitəsindən "Bakı"-"Buduçnost" (2:1) oyununun nəticəsi ləğv olunub, komandamıza 0:3 hesablı texniki məğlubiyyət verilib. Buna səbəb “Bakı”nın yeni üzvü Joel Dioden Epallenin 15 iyul 2010-cu il tarixdə keçirilən ilk oyunda meydana çıxması olub. 2006/2007-ci illər mövsümündə Yunanıstanın "İraklis" klubunun şərəfini qoruyan Epalle "Visla" Krakov (Polşa) klubuna qarşı oyunda qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb və ona 2 oyunluq cəza verilib. "İraklis"lə "Visla"nın cavab oyununu buraxan Epallenin daha bir oyunluq cəzası qalıb. Həmin mövsüm "Bohum"a (Almaniya) transfer olunan kamerunlu futbolçu həmin gündən etibarən UEFA bayrağı altında keçirilən oyunlarda iştirak etmədiyi üçün daha bir oyunluq cəzası qüvvədə qalıb.  UEFA yeni mövsüm əvvəli Avropa kuboklarının püşkündən sonra cəzası olan və oynamağı yasaqlanan bütün futbolçuların siyahısını iştirakçı klublara göndərir. Həmin siyahıda Joel Dioden Epalle "Bohum" klubunun üzvü kimi göstərlilir.   Təəssüf ki, həm futbolçunun özü, həm də onun "Bakı"ya transferini ilə məşğul olan menecerlər bu faktı diqqətsiz buraxıblar. Nəticədə, Epalle daha bir oyun cəzalı olduğu halda "Bakı"-"Buduçnost" oyununda iştirak edib. Nəticədə UEFA İntizam Komitəsi "Bakı"-"Buduçnost" qarşılaşmasının nəticəsinin ləğv olunması və komandamıza 0:3 hesablı məğlubiyyət verilməsi barədə qərar qəbul edib. Bu gün komandamız Çernoqoriyanın paytaxtı Podqoritsada cavab oyununa çıxır. Komandamız bu oyuna 0:3 hesabı ilə başlamaq məcburiyyətindədir. Cavab oyunundan öncə "Bakı" futbol klubu rəsmi açıqlaması ilə bütün Azərbaycan icitimaiyyəti və futbolsevərlərdən üzr istəyib, mübarizəni sona qədər davam etdirəcəyini, Avropa Liqası yarışlarında var gücünü ortaya qoyacağını bəyan edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü