Modern.az

“Erməni əsgəri və hərbi rəhbərliyinin gözünə hər yerdə Azərbaycan "diversantı" görünür” - AÇIQLAMA

“Erməni əsgəri və hərbi rəhbərliyinin gözünə hər yerdə Azərbaycan "diversantı" görünür” - AÇIQLAMA

Ölkə

3 Yanvar 2015, 13:48


“Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır”.
Modern.az-ın məlumatına görə, bu açıqlama ilə Azərbaycan Müdafiə Nazirliyi çıxış edib.

Nazirliyin mətbuat xidməti bəyan edib ki, təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı" görünür.

“Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramlarını qeyd etməklə bərabər Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır”-deyə Azərbaycan Müdafiə Nazirliyi bildidib.

Qeyd edək ki, erməni tərəfi bu gün bildirib ki, ötən gecə 2 hərbçisi öldürülüb, 1-i yaralanıb. Düşmən buna görə Azərbaycan Ordusunu ittiham edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok