Modern.az

Facebook-da yenilik

Facebook-da yenilik

Dünya

11 Yanvar 2015, 21:26


“Facebook” sosial şəbəkəsinin istifadəçilərinə şad xəbər var. Belə ki, dünyanın ən iri sosial şəbəkəsi olan Facebook 2015-ci il yanvarın sonunda şəxsi videoservisini işə salacaq. Servis pleylistlərinin formatı və strukturu populyar YouTube videohostinqin pleylistlərinə oxşayacaq.

Birlik və qrup moderatorlarının videoyazıları və onların məzmununu redaktə etmək imkanı olacaq. Bütün videolar müəyyən mövzular üzrə yerləşəcək. Facebook istifadəçilərinin istənilən videoçarxa baxmaq, habelə layk qoymaq və onlayn şərhlər yazmaq imkanı olacaq. İstifadəçi YouTube-da olduğu kimi, öz ekranında əsas çarxın özünü və əlavə çarxların siyahısını görəcək.


   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok