Modern.az

Putindən TƏLƏB: “Mühasirədəki 8 min ukraynalı hərbçi tərkisilah olunmalıdı”

 Putindən TƏLƏB: “Mühasirədəki 8 min ukraynalı hərbçi tərkisilah olunmalıdı”

Dünya

12 Fevral 2015, 13:27


Rusiya prezidenti Vladimir Putin Minsk danışıqları zamanı Ukrayana tərəfinə qarşı yeni şərt irəli sürüb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Debaltsevo şəhərində mühasirəyə düşən 6-8 min ukraynalı hərbçinin dərhal silahı yerə qoymalı olduğunu deyib.

Kreml sahibi onu da əlavə edib ki, Ukrayna ordusu bugünkü sərhəd xəttindən, separatçılar isə 19 sentyabr tarixində qeydə alınan təmas xəttindən ağır artilleriyanı geri çəkmək barədə razılığa gəliblər.

Sonda Putin atəşkəs rejiminin 15 fevraldan qüvvəyə minəcəyini deyib.

“Bu həyatımdakı ən xoş gecə deyildi. Lakin açılan səhər xoşdur, çünki danışıqlarda əsas mövzu barədə razılıq əldə etmişdik”.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir