Modern.az

Almaniyadakı diasporumuz CNN telekanalına məktub göndərib

Almaniyadakı diasporumuz CNN telekanalına məktub göndərib

Təhsil

20 Sentyabr 2010, 17:08

Xəbər verildiyi kimi, 2010-cu il avqustun 28-31-də CNN International telekanalının „World View“ proqramında Qarabağ müharibəsində şəhid olmuş telereportyor, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 50 yaşının tamam olması ilə əlaqədar onun fəaliyyətinə, eləcə də Xocalı faciəsinə və jurnalistin bu soyqırımı fədakarlıqla dünyaya yaymasına həsr edilmiş reportaj yayımlanıb. ANS televiziyasının əməkdaşı Sevinc Osmanqızının müəllifi olduğu reportaj “World View” proqramında  4 gün ərzində 5 dəfə efirə verilib.
Reportajın CNN Beynəlxalq telekanalında göstərilməsi, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi, ölkəmizin yeni tarixindəki acı reallıqların təbliği dünya erməni lobbisini narahat edib və ABŞ-nın ən nüfuzlu erməni təşkilatlarından biri olan Armenian Assembly of America ermənilərə müraciət edərək „CNN İnternational“ın  World Report  şöbəsinə etiraz məktubları göndərməyə çağırıb və reportajın yayımının qarşısını almağa səy göstərib. Ermənilərin belə bir aksiyaslna cavab olaraq Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Azərbaycanın Almaniyadakı Səfirliyinin məsləhəti ilə CNN telekanalına, qurumun vitse-prezidenti Rick Davisə, verilişin aparıcısı Quillermo Adornioya təşəkkür və dəstək e-mailləri göndərib, eləcə də Almaniya ictimaiyyətini və Azərbaycan diaspor təşkilatlarını bu aksiyaya qoşulmağa çağırıb. Bu məktub Almaniyadakı bütün Azərbaycan və türk diaspor təşkilatlarına da göndərilib.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək