Modern.az

Ermənistanın xarici borcu 4 milyard dollara çatır

Ermənistanın xarici borcu 4 milyard dollara çatır

5 May 2015, 10:22

Ermənistanın dövlətinin xarici borcu 4 milyard dollar həddinə çatmaqdadır. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, Milli Statistika Xidmətinin hesabatında görə, bu il martın sonlarında ölkənin xarici borcu 3 milyard 925 milyon dollar olub.

Bunun 3,5 milyard dolları hökumətin, 431 milyonu Ermənistan Mərkəzi Bankınındır. Ermənistanın ümumi xarici borcu (təşkilatların da borcları nəzərə alınmaqla) bu gün üçün 8,5 milyard dollar, yaxud ümumi daxili məhsuldan 80 faiz çoxdur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir