ABŞ xüsusi təyinatlıları Suriyada İŞİD-in rəhbərini məhv edib
Mayın 15-də xüsusi əməliyyat zamanı ABŞ xüsusi təyinatlıları İraq Şam İslam Dövləti (İŞİD) terrpr qruplaşmasının Suriyadakı yüksək çinli nümayəndəsi Abu Səyyafı məhv edib, onun arvadı isə saxlanılıb.Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi deyib:
“Əməliyyat zamanı ABŞ qüvvələri ilə toqquşmada Abu Səyyaf öldürülüb”. Onun sözlərinə görə, Səyyafın arvadı Umm saxlanılıb və ABŞ onu hara aparmaq məsələsini həll edir.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, Abu Səyyaf Suriya və İraqda İŞİD-in gəlirilərinin əsasını təşkil edən qanunsuz neft və qaz çıxarılmasının koordinatorlarından biri olub.
Bundan əlavə, o, İŞİD-in hərbi əməliyyatlarında iştirak edib. Onun arvadı da terrorçuluq fəaliyyətində şübhəli bilinir.
Modern.az