Modern.az

Əhmədnejad İsrailə daş atacaq

Əhmədnejad İsrailə daş atacaq

Təhsil

28 Sentyabr 2010, 19:39

İran prezidenti Mahmud Əhmədinejad Livana gözlənilən rəsmi səfəri zamanı sürpriz addım atmağı planlaşdırır. Modern.az “Yeruselim Post” qəzetinə istinadən bildirir ki, Əhmədinejad rəsmi səfəri zamanı Livanın cənubunda, İsraillə sərhəd yaxınlığındakı yerdə parkın aşılışında iştirak edən zaman simvolik olaraq İsrail istiqamətinə bir daş tullayacaq. Bununla da İran prezidenti özünün yəhudi dövlətinə mənfi münasibətini nümayiş etdirmək məqsədi güdmək niyyətindədir.    

Oktyabrın 13 –də baş tutacaq ikigünlük rəsmi səfər zamanı İran prezidenti Livanlı həmkarı Mişel Süleyman ilə görüşəcək və 2006-cı ildə Livan-İsrail müharibəsi zamanı döyüş meydanı olan yerdə İran Mərkəzinin açılışna qatılacaq. Əhmədnejad daşı burda tullayacaq.

İran prezidenti İsraili kəskin tənqid edən siyasətçi kimi tanınır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok