Modern.az

Jurnalist Elşad Paşasoy imza vərəqələrini DSK-ya təhvil verib

Jurnalist Elşad Paşasoy imza vərəqələrini DSK-ya təhvil verib

5 Oktyabr 2010, 19:17

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bir neçə gün öncə DSK-dan imza vərəqələri götürmüşdü. Modern.az saytına açıqlamasında jurnalist deyib ki, o, bu gün imza vərəqələrini təhvil verib.
Həmkarımızın sözlərinə görə, bu dairənin seçiciləri ona etimad göstərərək həvəslə imza veriblər. E.Paşasoy DSK-ya ümumilikdə 590 imza təhvil verib. O, deputatlığa namizədliyinin qeydə alınacağına şübhə etmədiyini deyib. 72 saylı dairədən 11 nəfər deputatlığa namizədliyini irəli sürüb.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok