Modern.az

İsrailli ərəb İŞİD-ə paraplanla qoşuldu

 İsrailli ərəb İŞİD-ə paraplanla qoşuldu

Dünya

27 Oktyabr 2015, 22:30

Ərəb əsilli İsrail vətəndaşı, 23 yaşlı Nida Saleh İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Suriyada nəzarətdə saxladığı “Şuhad əl-Yarmuk”a paraplanla uçub. Modern.az xarici mediaya istinadən bildirir ki, o, İsrail ordusunun nəzarətində olan Colan yüksəkliyindən uçaraq gedib.

İsrailin baş naziri baş verən fakta reaksiya verərək Salehi vətəndaşlıqdan məhrum edəcəyini bildirib.  

“Düşmənin sıralarına qoşulan və İsrailə qarşı döyüşən bu ölkənin vətəndaşı ola bilməz”, - Nazirlər Kabinetinin başçısı bəyan edib.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok