Modern.az

Təyyarə yaşayış binasına düşdü: 9 nəfər öldü

Təyyarə yaşayış binasına düşdü: 9 nəfər öldü

11 Noyabr 2015, 09:35

ABŞ-ın Ohayo ştatında turbovintli təyyarənin yaşayış binasının üstünə düşməsi nəticəsində 9 nəfər həlak olub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, aviasiya dispetçerləri nümayəndəliyindən bildirilib ki, qəza zamanı təyyarədə 2 pilot və 7 sərnişin olub. Onların hamısı qəza nəticəsində ölüblər.

Digər məlumata görə, qəza zamanı binada heç kəs olmayıb. Təyyarənin hansı səbəbdən qəzaya uğraması hələ ki açıqlanmır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı