Modern.az

Rusiya Türkiyə ilə viza rejimini bərpa edir

Rusiya Türkiyə ilə viza rejimini bərpa edir

Dünya

27 Noyabr 2015, 18:15


Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə ilə yenidən viza rejimini bərpa edəcək.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə suriyalı həmkarı Valid Muallemlə birgə mətbuat konfransı keçirən xarici işlər naziri Sergey Lavrov məlumat verib.

O, bunu Türkiyədən qaynaqlanan teror qorxusu ilə əlaqələndirib: “Türkiyə tərəfindən qaynaqlanan təhkükə realdır. Biz tam məsuliyyətli ilə bu haqda danışırıq”.  

Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurduqdan sonra iki ölkə arasında münasibətlər gərginləşib.  

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək