Modern.az

Rusiya Kiprdə hərbi baza yaradır

Rusiya Kiprdə hərbi baza yaradır

Dünya

8 Dekabr 2015, 14:51


Rusiya və Cənubi Kipr Respublikasının Xarici İşlər Nazirlikləri Cənub Kiprdə hərbi bazanın qurulması mövzusunda görüşüblər.

Modern.az xarici mediaya istinadən bildirir ki, Rusiya səfiri iki ölkə xarici işlər nazirlərinin İraq-Şam İslam Dövləti (İŞİD) ilə mübarizə çərçivəsində Cənubi Kiprdə hərbi bazanın qurulması üçün görüşdüklərini açıqlayıb.

Rus diplomat Nikolay Osadçev Cənubi Kiprin Sosialist Partiyası Edekin lideri Marinos Sizopoulos ilə konsulluqda görüşdüklərini söyləyərək Orta Şərqdə və Aralıq dənizi ətrafında son zamanlarda yaşanan hadisələri müzakirə etdiklərini açıqlayıb.  

Osadçevin fikrincə, Kipr adası coğrafi olaraq İŞİD-ə qarşı döyüşən bütün müttəfiqlər üçün çox əhəmiyyətli bir mövqeyə sahibdir. Ölkədə hərbi baza açmaq üçün Cənubi Kiprin Xarici İşlər Nazirliyi ilə görüşdüklərini söyləyən rusiyalı diplomat deyib: “Bu bazanı tikmək üçün bir yol tapacağıq”.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır