Modern.az

Bakıda pornoqrafik materiallar yayan şəxs tutulub

Bakıda pornoqrafik materiallar yayan şəxs tutulub

Təhsil

25 Noyabr 2010, 14:40

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Bakı" kinoteatrında texnik işləyən Əmircan qəsəbə sakini Elçin Məmmədov saxlanılıb. Modern.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, saxlanılan şəxsin gəlir əldə etmək məqsədi ilə pornoqrafik materialların satışı və yayılması ilə məşğul olduğu aşkarlanıb.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisindəki kafelərin birində oranın icarədarı, Ağdaş rayon sakini Suma İbrahimova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok