Modern.az

“Azdrama”nın yeni direktoru kollektivə təqdim olundu

“Azdrama”nın yeni direktoru kollektivə təqdim olundu

6 Yanvar 2016, 13:19


Yanvarın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qurumun bədii rəhbəri və direktoru vəzifəsinə yeni təyinatla bağlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarına əsasən, nazir Əbülfəs Qarayevin 5 yanvar 2016-cı il tarixli müvafiq əmrinə uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azər Paşa Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub. Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor vəzifəsinə təyin edilib.

Modern.az saytı xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri teatrın kollektivinə təqdim edib.

Mərasimində çıxış edən Ədalət Vəliyev ölkəmizdə teatr sahəsində görülən işlərdən danışıb. Bildirib ki, prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində teatr binaları təmir olunur, yeni avadanlıqlarla təmin edilir. Həmçinin qeyd etdi ki, dövlət başçısı 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında qanun”, 2007-ci ildə  “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb, 2009-cu ildə isə “Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət Proqramı”nı təsdiq edib. Bildirib ki, bu sərəncamlar və dövlət proqramı Mədəniyyət və Turizm Nazirliyi qarşısında Azərbaycan milli teatr sənətinin inkişafı ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan işlərə, tədbirlərə təkan verib.

Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!