Modern.az

“Erməni məmurlar Bakının qara kürüsünü yeyir, evdə Azərbaycan muğamına qulaq asırlar”

“Erməni məmurlar Bakının qara kürüsünü yeyir, evdə Azərbaycan muğamına qulaq asırlar”

Dünya

29 Yanvar 2016, 16:37


Rusiyanın “Vokruq Novostey” internet qəzeti Ermənistandakı hakim elitanın Bakı kürüsünə olan həvəsindən yazıb.

Modern.az saytı xəbər verir ki, jurnalın məqaləsində qeyd olunur ki, Ermənistan rəhbərliyi Azərbaycanla müharibə vəziyyətində olsa da, yerli elitanın üzvləri Sovet vaxtında məşhur olan Azərbaycanın qara kürüsünə zəiflik göstərirlər. İnternet qəzetinin iddiasına görə, erməni biznesmenlər Azərbaycan kürüsünü Gürcüstan vasitəsilə ölkələrinə aparırlar.

“Yerevanın siyasi istiblişmentində Bakının məşhur qara kürsünə meyl salanlar az deyil. Bu dekilates onlar üçün Gürcüstandan xüsusi olaraq gətirilir. Həmçinin, onlar arasında evində xəlvətcə Azərbaycan muğamını dinləyənlər də az deyil”.

“İnternet qəzetin fikrincə, bütün bunlar iki xalq arasında məişət səviyyəsində mədəni yaxınlığın olduğunu sübut edir və 25 ildən artıqdır ki, davam edən dondurulmuş münaqişəni həll vaxtı çatıb

Vüqar İsmayılov    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok