Modern.az

Ombudsman məhkəməyə müraciət edib

Ombudsman məhkəməyə müraciət edib

Qarabağ

2 Sentyabr 2009, 17:10

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 08 iyul 2009-cu il tarixdə Səbail rayonu ərazisində yerləşən “Lebanes” restoranında baş vermiş hadisə ilə bağlı Abdullayev Emin Paşa oğlu və Hacızadə Adnan Hikmət oğlunun həbs edilərək barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə cinayət işinin yekunlaşaraq Məhkəmənin icraatına verildiyi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib.
       Ombudsman gənclərin işi ilə bağlı aldığı çoxsaylı müraciətləri, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını nəzərə alaraq, məhkəmənin səlahiyyətləri çərçivəsində barələrində ittiham olunduqları maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəza növlərinin seçilməsinin mümkünlüyünə baxılmasını Səbail Rayon Məhkəməsindən xahiş edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir