Modern.az

Şimali Koreya Yapon dənizini raketlərlə atəşə tutdu

Şimali Koreya Yapon dənizini raketlərlə atəşə tutdu

Dünya

3 Mart 2016, 09:52

Şimali Koreya Yapon dənizi istiqamətinə 6 kiçik mənzilli raket atıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyinin nümayəndəsi Mun San Qyun Seulda keçirilən brifinqdə məluat verib.   Onun sözlərinə görə kalibri 300 millimetr olan raketlər Vonsan şəhərindən buraxılıb.

“Həmin raketlər Yapon dənizinə düşüb. Cənubi Koreya vəziyyəti təhlil etməyə davam edir. Ola bilsin ki, Şimali Koreya rəhbərliyinin bu addımının arxasında fitnəkarlıq dayanır”,-deyə o bildirib.  

Aqşin Kərimov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok