İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Dore Gold bu gün axşam saatlarında İstanbula gəlib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ABŞ-ın paytaxtı Vaşinqtondan Atatürk hava limanına gələn Goldu israilli şəxslər qarşılayıblar.
Bir müddət ali qonaqlar üçün salonda dincələn Gold xüsusi avtomobillə hava limanından ayrılıb.
Onun səfərinin martın 19-da İstanbulda törədilən terror aktı ilə bağlı olduğu bildirilir. Həmin hadisə zamanı 3 İsrail vətəndaşı da həlak olub, bir neçəsi yaralanıb.
Modern.az