Modern.az

BP Azərbaycandakı layihəsini Vahid Ələkbərova SATDI

BP Azərbaycandakı layihəsini Vahid Ələkbərova SATDI

Ölkə

29 Sentyabr 2021, 13:28

Rusiyanın “Lukoyl” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “SWAP” layihəsində pay sahibi olub.

Modern.az şirkətə istinadən xəbər verir ki, Böyük Britaniyanın BP şirkəti layihədəki payının 25%-ni “Lukoyl”a satıb.

 

Abşeron yarımadasının cənubunda yerləşən “SWAP” neft yatağı 2014-cü ildən Azərbaycanın SOCAR (50%) və Britaniyanın BP(50%) şirkətləıri tərəfindən istismar olunurdu. Yeni razılaşmadan sonra BP layihədə 25% paya malik olacaq.

İmzalanmış müqavilənin məbləği açıqlanmır.

 

Xatırladaq ki, "Lukoyl" şirkətinin sahibi əslən Azərbaycandan olan iş adamı Vahid Ələkbərovdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi