Modern.az

Şəhərlərarası təyyarə reysləri bərpa olunsun! - Deputatdan TƏKLİF

Şəhərlərarası təyyarə reysləri bərpa olunsun! - Deputatdan TƏKLİF

Ölkə

11 Mart 2024, 12:06

Milli Məclisdə şəhərlərarası təyyarə reyslərinin bərpa olunması təklif edilib.


Modern.az xəbər verir ki, bu təkliflə deputat Naqif Həmzəyev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə çıxış edib. 

“Tarix boyu gün ərzində Bakı-Gəncə  reysi üzrə ən azı bir dəfə olub. Buna əgər AZAL-ın gücü çatmırsa, özəl şirkətlər məşğul olsun”, - o qeyd edib.

Deputat bildirib ki, şəhərlərarası sürət qatarlarının işə düşməsi çox yaxşı oldu:

"Hətta bizə deyirdilər ki, bu düzgün layihə deyil, bilet qiymətləri bahadır. Bu gün Gəncəyə getmək istəyəndə 100 manatlıq bilet tapa bilmirəm, yer yoxdur. Artıq qatar Ağstafaya qədər hərəkət edir, ona görə sərnişinlər bilet tapa bilmir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi