Modern.az

Atışmadan sonra partlayış - “Crocus City Hall” YANIR

Atışmadan sonra partlayış - “Crocus City Hall” YANIR

Ölkə

22 Mart 2024, 22:33

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” konsert zalında silahlı insidentlə yanaşı yanğın başlayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, hadisə yerində partlayış səsləri eşidilib.

 

Binanın üçdə bir hissəsi yanğına qərq olub, hadisə yerinə əlavə yanğınsöndürənlər göndərilib.

 

“İzvestiya” hadisə şahidinə istinadən xəbər verir ki, yanğın nəticəsində bəzi insanlar ikinci mərtəbədə sıxışıb qalıb.

 

Yanğın sahəsi 3 min kvadratmetrə qədər ola bilər. Yanğınsöndürənlər binanın zirzəmisindən 100-ə yaxın insanı təxliyə ediblər, damda bir neçə nəfər kömək gözləyir.

 

Hazırda xilasetmə tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir