Modern.az

Belarusun baş nazirindən Əli Əsədova ad günü təbriki

Belarusun baş nazirindən Əli Əsədova ad günü təbriki

Ölkə

30 Noyabr 2022, 14:50

Belarus Respublikasının hökumət başçısı Roman Qolovçenko və Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

 

Modern.az “BELTA”ya istinadən xəbər verir ki, R.Qolovçenko Əli Əsədovu ad günü münasibətilə təbrik edib.

 

“Sizin Azərbaycan xalqına sədaqətiniz, zəngin təcrübəniz və peşəkarlığınız Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına, vətəndaşların rifahının yüksəlməsinə xidmət edir. Belarusla Azərbaycan arasındakı strateji tərəfdaşlıq, xalqlarımızın dostluğu bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün etibarlı əsasdır”, - Belarusun Baş naziri söyləyib.

 

Roman Qolovçenko əmin olduğunu bildirib ki, iki ölkə hökumətlərinin sistematik işi bundan sonra da Belarus-Azərbaycan əlaqələrinin dərinləşməsinə və genişləndirilməsinə, yeni qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə yönəldiləcək.

 

Belarus hökumətinin başçısı azərbaycanlı həmkarına möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə gələcək nailiyyətlər arzulayıb.

 

Qeyd edək ki, bu gün Azərbaycanın Baş naziri Əli Əsədovun doğum günüdür. Onun 66 yaşı tamam olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov