Modern.az

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ 

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ 

Ölkə

27 Mart 2024, 21:59

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib.

 

Modern.az xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

 

Namiq Abbasov 22 fevral 1940-cı ildə Ordubad şəhərində anadan olub.

 

O, 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

 

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.

 

Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü