Modern.az

İsa Qəmbərin Müsavat başqanlığına qaytarılması üçün müraciət YAYILDI

İsa Qəmbərin Müsavat başqanlığına qaytarılması üçün müraciət YAYILDI

Ölkə

2 Aprel 2024, 15:44

“Müsavat Divanının dünən qəbul etdiyi qərara görə, may ayının əvvəllərində partiyanın qurultayı keçirilməlidir. Həmin qurultayda digər məsələlərlə yanaşı, Müsavat Partiyasının başqanı seçimləri də gündəmdədir”.

Modern.az xəbər verir ki, bunu Müsavat Partiyasının fəalı Dadaş Əhmədli sosial şəbəkədə İsa Qəmbərin yenidən başqanlığa qayıtmağa hazırlaşdığı barədə yayılan xəbərə münasibət bildirərkən deyib.

“Müsavat başqanı olmağa partiya sıralarında kifayət qədər layiqli insanlar var. Yəqin ki, həmin şəxslərdən kimlərinsə namizədliyi də irəli sürüləcəkdir. Eyni zamanda həm sonuncu Məclis toplantısında səslənən fikirlər, həm də artıq mediada yayılan xəbərlərdə Müsavat başqanlığına hörmətli İsa bəyin namizədliyi məsələsi də müzakirə olunmaqdadır. Mən də bir müsavatçı olaraq bu fikri dəstəkləyirəm. Düşünürəm ki, həm dünyada və regionda baş verən siyasi gəlişmələr, onların nəticəsi kimi ölkə daxilində gözlənilən proseslər indiki vacib məqamda Azərbaycanın bu tarixi partiyasına kimin rəhbərlik edəcəyini həmişəkindən daha aktual edir. Öz siyasi təcrübəsi, fəhmi, hadisələri düzgün qiymətləndirmə və lazımi qərar qəbul etmə bacarığı ilə yanaşı, İsa Qəmbər həm partiya daxilində, həm də müxalifət düşərgəsində birləşdirici şəxs olaraq bu gün Müsavata başqanlıq edəcək ən layiqli namizəddir”, - D.Əhmədli deyib.

O, Müsavat Partiyasının üzvlərinə müraciət edərək İsa Qəmbərlə bağlı təklifi dəstəkləməyə çağırıb.

Xatırladaq ki, İsa Qəmbər 1992-ci ilin noyabrından 2014-cü ilin sentyabrına kimi Müsavat partiyasının başqanı olub. O, hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

Whatsapp
Bizə yazın!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E