Modern.az

Aydın Bəşirovu əvəz edən Rauf Vəliyev kimdir? - FOTO

Aydın Bəşirovu əvəz edən Rauf Vəliyev kimdir? - FOTO

Ölkə

24 Oktyabr 2013, 13:03

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edərək, onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradıb.
Nəticədə Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov işdən çıxarılıb.

Yeni yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə sədr isə Rauf Göyüş oğlu Vəliyev təyin edilib.

Rauf Vəliyev ölkə ictimaiyyətinə tanış olmayan simadır. Modern.az saytının məlumatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yeni sədri əvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sistemində çalışıb. Rauf Vəliyev bu təyinatadək ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok