Modern.az

Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq - İlham Əliyev

Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq - İlham Əliyev

Ölkə

22 Aprel 2024, 18:28

Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.

 

Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok