Modern.az

ABŞ-dakı erməni lobbisinin növbəti TƏXRİBATI - Azərbaycana qarşı sanksiya?

ABŞ-dakı erməni lobbisinin növbəti TƏXRİBATI - Azərbaycana qarşı sanksiya?

23 Aprel 2024, 11:04

Mətbuatda yayılan məlumata görə, ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda general-leytenant Hikmət Mirzəyev və digər Azərbaycan rəsmilərinin adları var.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, layihə hələ konqresə tədim edilməyib:

 

"Ermənipərəst, demokrat konqresmen Dina Titusun niyyətində olan məsələnin artıq ABŞ Konqresinin gündəliyində mövcud məsələ kimi təqdim edilməsinə təəssüf edirəm. Dina Tutus ermənilərə belə bir layihə olduğunu sızdırıb. Hətta onun şəklini çəkərək mətbuata adları ötürüb. Lakin bu layihə hələ Konqresə təqdim edilməyib. Layihə nə vaxtsa, sabaha, birisi günə, bir həftəyə Dina Titus tərəfindən Konqresə təqdim oluna bilər. Buna baxmayaraq, əminəm ki, layihə komitədən keçməyəcək".

S.Seyidov layihənin komitədən keçməyəcəyinə əminliyinin səbəbini belə izah edib:

 

"Çünki bu, ermənilərin Azərbaycana qarşı planlaşdırdığı məsələdir. Erməni siyasəti hər yerdə palçıq kimi divara vurulur. Quru divara vurulan palçıq yapışmaz. Bunu da biz hər yerdə görürük. Bəyəm, Avropa Parlamentində, Avropa Şurasında bu baş vermirmi? İndi də Konqresdə bu məsələləri gündəm edib, həll etməyə çalışırlar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok