Modern.az

Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

23 Aprel 2024, 15:04

Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib.

 

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

 

Dövlət başçısı qeyd edib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.

 

Qeyd edək ki, Ceyhun Bayramov və Ararat Mirzoyan sonuncu dəfə fevralın 28-29-da Berlində görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok