Modern.az

Deputat yas mərasimlərinə icazə verilməsini TƏKLİF ETDİ

Deputat yas mərasimlərinə icazə verilməsini TƏKLİF ETDİ

Parlament

14 Dekabr 2021, 11:55

Azərbaycanda yas mərasimlərin keçirilməsinə icazə verilsin.

 

Modern.az-ın məlumatına görə, bu təkliflə deputat Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında deyib.

 

Deputat bildirib ki, onlarla insan ona müraciət edərək bu məsələni qaldırmağı xahiş edib.

 

“Onlarla vətəndaş xahiş edir ki, yaslara da icazə verilsin. Toyların 150 nəfər olmaqla keçirilmsinə icazə verilib. Hesab edirəm ki, yas məclislərinin də 100-150 nəfər civarında keçirilməsinə icazə verilə bilər. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur”, - deyə R.Nurullayev bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var