Modern.az

Deputat bu qurumun rəhbərini tənqid etdi: “Özünü doğrultmur”

Deputat bu qurumun rəhbərini tənqid etdi: “Özünü doğrultmur”

Parlament

11 Oktyabr 2022, 11:42

“Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin çıxarılmasından sonra rayonlarda su çatışmazlığı yaranıb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edən deputat Aqil Abbas deyib.

 

O bildirib ki, Ağcabədidə 115 artezian sıradan çıxıb və onların heç biri işləmir: “Şəmkirdə də su qıtlığı var. Rayonlardakı problemə görə insanlar təsərrüfatla məşğul ola bilmir və Bakıya axın etməli olur. İçməli suya "Azərsu" baxır, vəziyyət bərbaddır. Camaatın suyu olarsa, kənddən köçməz. Təzə kadrlar özünü doğrultmur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi