Modern.az

Ukraynadan gətirilən dərmanlar yoxa çıxıb - Deputat

Ukraynadan gətirilən dərmanlar yoxa çıxıb - Deputat

Parlament

11 Oktyabr 2022, 16:44

“Azərbaycana Ukraynadan gətirilən dərmanlar yoxa çıxıb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

 

Deputat qeyd edib ki, “Qlükoza”, “Adrenalin”, “Natri xlor” adlı dərmanlar apteklərdən yoxa çıxıb:

 

“İclas başlayandan neçə həkim mənə yazıb, xahiş edir ki, məsələni qaldırım. “Adrenalin” olmadığına görə, onlarla əməliyyat dayandırılıb. Dərmanın qiyməti manat yarım olsa da, işbazlar 100-150 manata satır. Həmin dərmanlar Ukraynadan gəlir. İndi orada müharibə getdiyinə görə, bu sahədə problemlər var. Amma bu dərmanlar Türkiyədə rahat satılır. Bizim bir ay əvvəl fikrimiz var idi ki, Türkiyədə satılan dərmanları Azərbaycana da gətirək. Bu problem təcili aradan qaldırılmalıdır. “Adrenalin” dərmanına görə, bu gün həkimlər cərrahi əməliyyat həyata keçirə bilmirlər. Problemin həllini uzatmaq lazım deyil. Burada insan həyatından söhbət gedir. Bir neçə gün ərzində problem öz həllini tapmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi