Modern.az

Deputat dərman çatışmazlığından gileyləndi

Deputat dərman çatışmazlığından gileyləndi

Parlament

11 Oktyabr 2022, 16:50

“Rusiya və Ukrayna arasındakı müharibəyə görə, oradan gələn dərmanların çatışmazlığı məsələsi aktuallaşıb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

 

O, həmkarı Rüfət Quliyevin dərman çatışmazlığı ilə bağlı qaldırdığı problemə münasibət bildirib:

 

“Dərmanlar Rusiyadan, Ukraynadan gəlmirsə, Türkiyədən gətirilməsi də o qədər asan iş deyil. Xaricdən ixrac edilən dərman vasitələrinin sənədləşdirilməsi, eləcə də lisenziyadan keçirilməsi məsələsi hələ də mürəkkəbliyini saxlayır. Aidiyyəti qurumlar tərəfindən daha rahat qaydaların, addımların ortaya qoyulmasına ehtiyac var. Xalqın tibbi xidmətə əlçatanlığının artırılması istiqamətində görülən işlərə belə kiçik problemlər kölgə salmamalıdır, buna yol vermək olmaz". 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi