Modern.az

Səfirliyimə niyə hücum etdilər? - AÇIQLAMA

Səfirliyimə niyə hücum etdilər? - AÇIQLAMA

Parlament

27 Yanvar 2023, 11:56

Azərbaycanın İrandakı səfirliyinə hücum böyük bir təxribatdır.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası işçi qrupunun üzvü Aydın Mirzəzadə bildirib.


Onun sözlərinə görə, İranın səfirliyi qoruya bilməməsi narahatlıq doğurur:


“Bu hadisənin bir nəfər tərəfindən törədildiyinə inanmıram. Bu məqamda onu da qeyd etmək lazımdır ki, İran hökumətinin səfirliyi qoruya bilməməsi məndə narahatlıq yaradır. Azərbaycan və İran qonşu dövlətlərdir. Hər iki dövlət bir-birinə hörmətlə yanaşıblar. Bu baxımdan Azərbaycanın İrandakı səfirliyi çox ciddi mühafizə edilməlidir. Bir vətəndaş və deputat kimi mən bu məsələnin ciddi araşdırılmasını tələb edirəm. Tək hücumu edəni yox, onun arxasında duran qüvvələrin də aşkara çıxarılmasını gözləyirəm. İrandakı bəzi dairələr Azərbaycan əleyhinə çıxışlar edirlər. Həmin çıxışlarla bu silahlı hücum parallelik daşımırmı? Ümid edirəm ki, İran bu məsələni araşdıracaq və Azərbaycanın narahatçılığını aradan qaldıracaq tədbirlər görəcək".

 

 

Aydın Mirzəzadə vurğulayıb ki, İran və Britaniyadakı səfirliyimizə hücum eyni mərkəzdən idarə oluna bilər:

 

“Britaniyadakı səfirliyimizə edilən hücumla bu hadisənin bağının olduğunu düşünürəm. Görünür, Azərbaycanın öz hüquqlarını müdafiə etməsi xaricdəki bəzi qüvvələri narahat edir. Beləliklə də, Azərbaycana qarşı bu cür xain təxribatlara əl atırlar.


Böyük Britaniyadakı səfirliyimizə hücumla bu olayın eyni mərkəzdən təşkil edildiyini düşünürəm. Həmin mərkəz sabah digər ölkələrdəki səfirliklərimizi də hədəf ala bilər.  Necə ola bilir ki, İranda o qədər səfirlik ola-ola Azərbaycan səfirliyinə hücum edilir? Oranı qoruyan mühafizə işçiləri, polislər hara baxırdı? Niyə bu məsələdən xəbərdar olub, onun qarşısı alınmayıb”.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

 

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

 

Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü