Modern.az

Dövlətin ayırdığı dotasiyalar eyni bələdiyyələrə verilir - Deputat

Dövlətin ayırdığı dotasiyalar eyni bələdiyyələrə verilir - Deputat

15 Fevral 2023, 12:33

"Nədənsə dövlət tərəfindən bələdiyyələr üçün ayrılan dotasiyalar eyni bələdiyyələrə verilir. Bunu kim, necə müəyyənləşədirir?! Niyə hər dəfə eyni bələdiyyə dotasiya alır?".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

 

O bildirib ki, aparılan müşahidələrə əsasən 10 il ardıcıl şəkildə eyni bələdiyə böyük miqdarda dotasiya alır, lakin həmişə zəif dotasiya alanlar sonrakı illərdə dəstək ala bilmir. 

 

S.Novruzov qeyd edib ki, yığılan vəsaitlərin xərclənməsi ilə bağlı nümunəvi sənədlər hazırlanmalıdır: “Heç bir hesablama yoxdur. Yığılan vəsaitin vətəndaşa izahı olmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü