Modern.az

“Ali təhsil haqqında” qanunu gecikdirən Milli Məclis deyil - Deputatdan nazirə cavab

“Ali təhsil haqqında” qanunu gecikdirən Milli Məclis deyil - Deputatdan nazirə cavab

Parlament

16 Fevral 2023, 12:24

Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına "Ali təhsil haqqında" qanun layihəsi daxil edilib. Sözügedən qanun layihəsi artıq 3-cü sessiyadır ki, işlər planına salınsa da, hələ ki qəbul edilməyib.

 

Qəbulu ən çox gecikən layihələrdən biri olan "Ali təhsil haqqında" sənəd Milli Məclisin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, amma plenar iclasda müzakirəsi indiyə qədər mümkün olmayıb.  

 

Elm və təhsil naziri Emin Əmrullayev bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirib ki, “Ali təhsil haqqında” qanunun qəbulunda maraqlıdırlar:

 

“Qanunu Milli Məclis qəbul edir, nazirlik qanunları icra edən qurumdur. Biz qanunları icra edən qurum olduğumuza görə, qanun yaratmaq funksiyamız yoxdur”. 

 

Bəs qanunun qəbulunu gecikdirən nüanslar hansılardır? 

 

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsi parlamentdə dəfələrlə müzakirə olunub: 

 

"Bununla bağlı müzakirələrdə səlahiyyətli şəxslər də iştirak ediblər. Qanun layihəsinin müzakirəsini və qəbulunu gecikdirən tərəf Milli Məclis deyil. Milli Məclis sənədin qəbulu üçün gərəkən bütün işləri görüb. Bəli, qanunları Milli Məclis qəbul edir, amma bununla bağlı ayrı-ayrı qurumların da rəyləri nəzərə alınır. Ona görə də qanunun qəbulunu uzadan tərəf qanunverci orqan deyil. "Ali təhsil haqqında" qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və bir neçə dəfə iclaslarda müzakirəyə çıxarılıb, müvafiq qurumların, universitetlərin, təşkilatların da rəyləri alınıb. Qanun layihəsi tam hazır vəziyyətdədir və artıq plenar iclaslarda müzakirəyə çıxarıla bilər".

 

Parlamentari vurğulayıb ki, sözügedən qanunun qəbulunun gecikməsində məsuliyyət aidiyyəti qurumların üzərinə düşür. "Ali təhsil haqqında" qanun layihəsinin qəbul edilməsində Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) maraqlı olmalıdır. Prosesin sürətlənməsi üçün onlar da səylərini artırmalıdırlar. Bir daha qeyd edirəm ki, Milli Məclis tərəfindən qanunun qəbul olunması üçün heç bir problem yoxdur”.   

 

Deputat, həmçinin qanunda nəzərdə tutulan yenilikləri də açıqlayıb. Bildirib ki, qanun layihəsində vacib məsələlər yer alıb: 

 

""Ali təhsil haqqında" qanun layihəsində universitetlərin idarə olunması, distant təhsil, tələbə yataqxanaları, ikili diplomlar, diplomların tanınması, doktorantura səviyyəsinin iki yox, birmərhələli olması, tələbələrin köçürülməsi barədə yeni qaydalar və digər yeniliklər var. Qanunun qəbulu isə təhsilimizin inkişafına, güclənməsinə töhfə verəcək”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü