Modern.az

Səfirə iddiaların qəbuledilməz olduğunu dedim - Sahibə Qafarova

Səfirə iddiaların qəbuledilməz olduğunu dedim - Sahibə Qafarova

Parlament

12 May 2023, 11:14

Ötən gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşüm oldu. Görüş zamanı Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın regiona son səfəri zamanı Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatların, həmçinin Fransanın ictimai radiosuna müsahibəsində səsləndirdiyi iddiaların qəbuledilməz olduğunu bildirdim.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova bildirib.

 

“Beynəlxalq təşkilatlarda üzv olan deputatlarımız mütləq bu məsələni ciddi nəzarətdə saxlamalıdır. Bununla bərabər təmsil olunduqları beynəlxalq təşkilatlarda bununla bağlı məsələ qaldırmalıdırlar”, - deyə spiker vurğulayıb.

 

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova mayın 11-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşüb.

Bu xəbər ilə bağlı
Ermənistan sülh prosesinin pozulmasını istəyir - SPİKER
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü