Modern.az

Qırğızıstan spikeri Azərbaycana gəlir

Qırğızıstan spikeri Azərbaycana gəlir

Parlament

15 May 2023, 10:24

Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiev Azərbaycana gəlir.

 

Modern.az xəbər verir ki, bu barədə “AKI Press” nəşri məlumat yayıb.

 

Səfər çərçivəsində Şakiev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edəcək, həmçinin bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

 

Spikerin rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş ofisinə baş çəkəcək və onun fəaliyyəti ilə tanış olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü