Modern.az

Bakıda Asiya Parlament Assambleyasının sessiyası keçiriləcək

Bakıda Asiya Parlament Assambleyasının sessiyası keçiriləcək

Parlament

19 Fevral 2024, 14:16

Fevralın 21-dən 24-dək Bakıda Asiya Parlament Assambleyasının14-cü plenar sessiyası keçiriləcək.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edəcək.

 

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

 

Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi