Modern.az

Sahibə Qafarovadan Ermənistana çağırış: Konstitusiyanı dəyişin!

Sahibə Qafarovadan Ermənistana çağırış: Konstitusiyanı dəyişin!

Parlament

22 Fevral 2024, 10:56

“Ümid edirik ki, Ermənistan yaxın zamanda təxribatlardan, qərəzli üçüncü tərəflərin iştirakından çəkinəcək”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında bildirib. 

 

“Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyünə qarşı öz Konstitusiyasında və digər qanunvericilik aktlarında öz əksini tapmış davam edən iddialarından əl çəkməlidir. Sülh sazişi üzrə birbaşa ikitərəfli danışıqları davam etdirməlidir. Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır”,-deyə sədr bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu