Modern.az

Tacikistan spikeri İlham Əliyevi təbrik etdi

Tacikistan spikeri İlham Əliyevi təbrik etdi

22 Fevral 2024, 11:28

Azərbaycan Respublikası Prezidentini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm. Tacikistan Prezidenti adından Prezident İlham Əliyevə təbriklərimi çatdırır, uğurlar arzu edirəm.

 

Modern.az xəbər verir ki, bunu Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında deyib.

 

O bildirib ki, Tacikistan davamlı birgə inkişaf üçün qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Regionun nəqliyyat və tranzit potensialı yaxşılaşdırılmalı, enerji sahəsi, eyni zamanda, yaşıl enerjinin inkişafı diqqətdən kənar qalmamalıdır. Regional ticarətin artırılması üçün qəbul edilən qanun və qərarların sayının artırılmasına böyük əhəmiyyət verilməlidir. Təhlükə və təhdidlər ilə mübarizə, sülhün və sabitliyin möhkəmləndirilməsi üzrə işlərin əlaqələndirilməsinə ehtiyac var.

 

“İnanıram ki, bugünkü tədbir parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsində mühüm addım olacaq”, - deyə Mahmadtoir Zokirzoda qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü