Modern.az

Parlament jurnalistləri yeni Milli Məclisin bu günkü iclasında iştirak edə bilməyəcəklər

Parlament jurnalistləri yeni Milli Məclisin bu günkü iclasında iştirak edə bilməyəcəklər

Parlament

29 Noyabr 2010, 10:11


Bu gün saat 12.00-da 4-cü çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçiriləcək. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasda ölkə prezidenti İlham Əliyev də iştirak edəcək.

Bu günkü iclas Milli Məclisin yeni sədrini, onun müavinlərini və komitə sədrlərini seçəcək. Daha sonra prezident İlham Əliyev çıxış edəcək.

Parlamentdə akkreditasiyadan keçmiş jurnalistlər  Milli Məclisin bu günkü iclasına buraxılmayacaqlar.  İclasda prezident Modern.az-ın əldə etdiyi məlumata görə, İlham Əliyev iştirak etdiyinə görə, yalnız Prezident Administrasiyasında qeydiyyatdan keçmiş KİV nümayəndələri iclasa buraxılacaqlar. Milli Məclisin binasında və ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ